Bakının mərkəzində baş verən qəza nəticəsində böyük tıxac yaranıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində, Ayna Sultanova parkının yaxınlığı- 20 Yanvar istiqamətində) baş verib.
Yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaranmış tıxacla əlaqədar sürücülərə həmin yoldan istifadə etməməyi xahiş edir.
Sürücülərə alternativ olaraq Ziya Bünyadov prospekti köməkçi yoldan istifadə etmələri tövsiyə olunur.
Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !