Azərbaycan prezidenti İlham Əliyev "Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək "Azərişıq” ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb.
ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, "Azərişıq” ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Prezidentin digər sərəncamı ilə Balababa Rzayev "Azərişıq” ASC-nin sədri təyin edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !