ABŞ-ın sayt və əlavələrin analitikası üzrə aparıcı "SimilarWeb” tədqiqat şirkəti dünyanın ən populyar saytlarının reytinqini təqdim edib.
Populyar saytlar onluğuna "VKontakte” sosial şəbəkəsi və "Yandex” axtarış sistemi daxil olub. Onlar müvafiq olaraq altıncı və doqquzuncu yeri tutublar. Liderlər üçlüyündə "Facebook” sosial şəbəkəsi, "Google” axtarış sistemi və "YouTube” videohostinqi yer alıb. Qeyd olunan resurslarla yanaşı, TOP-10-a "Yahoo!” şirkəti, "Wikipedia” onlayn ensiklopediyası, "Twitter” sosial şəbəkəsi və "Microsoft” korporasiyasının "Live.com” poçt xidməti daxildir.
Məlumat üçün bildirək ki, "SimilarWeb” analitik şirkəti bir sıra alətlərin (istifadəçidə quraşdırılan panellər, xüsusi proqramlar, birbaşa ölçmələr) köməyi ilə dünyada sayt və mobil əlavələrin qiymətləndirilməsi ilə məşğul olur.//İctnews.az
Bizi sosial şəbəkələrdə izləyin !