Sabah yağış yağacaq

12:57 | 02.03.2015
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Martın 3-də havanın fasilələrlə yağmurlu keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da martın 3-də fasilələrlə yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qara keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8 dərəcə isti olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM