Bu gün Bədən tərbiyəsi və idman günüdür

09:39 | 05.03.2015
Bu gün Bədən tərbiyəsi və idman günüdür

Bu gün Bədən tərbiyəsi və idman günüdür

Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman günüdür.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il martın 4-də "Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Elə həmin vaxtdan etibarən bütün ölkədə bu münasibətlə bir sıra tədbirlər təşkil olunur.

Bu bayramın martın 5-də qeyd olunması heç də təsadüfi deyil.

1995-ci ilin həmin günü ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşərək, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymaqla İdman Fondunu təsis edib.

Beləliklə hər ilin 5 Mart tarixi İdman günü kimi qeyd olunur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM