ANS PRESS-in mәlumatına görә, bu barәdә ATƏT-in MİNSK qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik özünün "Twitter" hesabında yazıb.
"Minskdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində faydalı görüş oldu. Biz, ATƏT-in Minsk qrupunun bütün üzvləri işləmək üçün səbrsizliklə gözləyirik”, - deyə Ceyms Uorlik bildirib.
Amerikalı həmsədr sosial şəbəkədəki səhifəsində görüşü əks etdirən foto şəkil də paylaşıb.
Xatırladaq ki, Belarus ATӘT-in Minsk qrupuna üzv ölkәlәrdәn biridir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !