Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.
Davada Keçmiş prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasından olan deputatlar Qeorqi Qabaşvilinin və Qeorqi Bokeriya iştirak ediblər.
ANS PRESS-in məlumatına görə, onlar ölkədə hökumətin istefasını tələb edən fəal deputatlar hesab olunurlar.
"Rustavi-2" telekanalı xəbər verib ki, aksiya iştirakçıları arasında "Azad Zona", "Vətənpərvərlər Legionu", "Hüquqi nəsil" partiyalarının, həmçinin "Azad nəsil" qeyri-hökumət təşkilatının nümayəndələri də olublar. Saakaşvilinin əleyhinə çıxış edənlər Milli Hərəkat Partiyasından olan siyasətçiləri döyüblər.
"Azad nəsil" təmsilçiləri isə bəyanat veriblər ki, davanın səbəbkarı Q.Bokeriya və Q.Qabaşvili olublar: "Onlar parlamentin binasına gələn zaman Lado Sadqobelaşvilinin avtomobilinə hücum ediblər. Bizim təşkilatımızın üzvlərini maşından çıxardılar və amansızcasına vurmağa başladılar. Şəxsən Q.Bokeriya təşkilatımızın lideri Lado Sadqobelaşvilini, nümayəndəmiz xanım Anya Daraseliyanı vurdu. Ətrafdakılar onları fiziki hücumdan qurtarmağa çalışırdılar."
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !