Prezident İlham Əliyev martın 16-da Qətər dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib.
ANS PRESS-in məlumatına görə, nazir Cassim Saif Əhməd Al-Sulaiti ölkəmizdə mövcud olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını bildirib. O qeyd edib ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparılır. Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən nazir səfərinin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.
Dövlət başçısı isə ölkələrimizdə regional nəqliyyat infrastrukturu yaradılması istiqamətində mühüm işlər görüldüyünü, bu sahədə uğurlar əldə edildiyini deyib.
Azərbaycan ilə Qətər Dövləti arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirən prezident İlham Əliyev bu sahədə perspektivləri müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyini qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !