Martın 17-də Azərbaycanda hava yağıntılı olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 17-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında martın 17-də havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında da havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Xatırladaq ki, bu gündən hava şəraitinin dəyişəcəyi, havanın temperaturunun 6 dərəcə düşəcəyi gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !