Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, MTN-nin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilib:
General-leytenant ali hərbi rütbəsi
general-mayor Vəli Məmiş oğlu Ələsgərova
general-mayor Elçin Ərsalan oğlu Əliyevə
general-mayor Fərhad Hüseyn oğlu Vahabova
General-mayor ali hərbi rütbəsi
polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə.
Dövlət başçısının digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə təltif ediliblər:
III dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Çovdarov Akif Teymurxan oğlu - general-mayor
Mahmudzadə Elşad Bilal oğlu - polkovnik
"Vətən uğrunda” medalı ilə
Ağakişiyev Vahid Balazayir oğlu - polkovnik-leytenant
Əliyev Rüfət Yaşar oğlu - tibb xidməti polkovniki
Fərəcov Beytulla Niyazi oğlu - baş leytenant
İbayev Zabil Nəsir oğlu - mayor
Məmmədov Yasin Seyfulla oğlu - ədliyyə mayoru
Sadıqov Mahir İbrahim oğlu - polkovnik
Sultanov Şahin Sultan oğlu - general-mayor
"İgidliyə görə” medalı ilə
Əsədov Amal Məhəmmədəli oğlu - kiçik çavuş
Mahmudov Ceyhun Ələkbər oğlu - baş leytenant
Mövsümov Azər Adil oğlu - kapitan
"Hərbi xidmətlərə görə” medalı ilə
Abbasov Mövlud Həsənqulu oğlu - mayor
Ağaverdiyev Pərviz Yaqub oğlu - kapitan
Cabbarov Turac Vaqif oğlu - kapitan
İbrahimov Mürsəl Qorxmaz oğlu - polkovnik
Quliyev Bəhruz Yusif oğlu - kapitan
Rzayev Tural Məmməd oğlu - kapitan
Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant.
Azərbaycan prezidenti daha bir sərəncamı ilə İqor Leonidoviç Kərimova Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə "Əməkdar mühəndis” fəxri adı verilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !