Nəsimi rayonunda Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrində təmir işləri başa çatdırılıb.
Oxu.Az xəbər verir ki, "Azəryolservis”ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün səhər saatlarından hər iki küçədə nəqliyyatın hərəkəti tam təmin olunub.
Qeyd edək ki, təmir işləri çərçivəsində beton səki daşları mərmər səki daşları ilə, köhnə asfalt-beton örtük isə yenisi ilə əvəzlənib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !