Sinoptiklərdən xəbərdarlıq: Qar yağacaq

13:23 | 02.04.2015
Sinoptiklərdən xəbərdarlıq: Qar yağacaq

Sinoptiklərdən xəbərdarlıq: Qar yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərinə sulu qar və qar yağacaq. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə duman, çiskin olacaq, hava gün ərzində əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Səhər şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir küləyin sürəti güclənəcək, axşam nisbətən mülayimləşəcək.

Havanın hərarəti gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olma ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-9 dərəcə isti olacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM