Vergilər Nazirliyi tərəfindən "Fidan” şirkətinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül, Naxçıvani küçəsi, 3106-cı məhəllə ünvanında yerləşən və təsərrüfat subyekti kimi vergi orqanında uçotda olmayan obyektində (anbar) yoxlama keçirilib.
Oxu.Az-a nazirlikdən verilən məlumata görə, yoxlama zamanı saxta aksiz markaları ilə markalanan 150,3 min manat məbləğində 86 419 ədəd müxtəlif adlı və həcmli alkoqqollu içkilər aşkarlanıb, bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.
2015-ci ilin ötən dövrü ərzində 6 vergi ödəyicisi tərəfindən 43 min 811,9 manatlıq aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edilmiş və hər bir fakt üzrə cinayət işi başlanılıb.
"Vergilər Nazirliyi xəbərdarlıq edir ki, aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, bu cür fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir” - deyə, nazirliyin məlumatında deyilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !