Sabaha olan hava proqnozu

13:34 | 23.04.2015
Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sabah Bakıda şimal küləyi güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşama doğru arabir yağış yağacağı gğzlənilir. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Abşeron yarımadasında aprelıin 24-də güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraitinin müşahidə olması meteohəssas insanlarda narahatçılıq hissi yarada bilər.

Aprelin 26-da əlverişli, komfort hava şəraiti gözlənilir.

Azərbaycanın bölgələrində aprelin 24-də arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM