Azərbaycan müdafiə naziri Türkiyə Respublikasına yola düşüb.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmazın dəvətilə Türkiyəyə yola düşüb.
Zakir Həsənov Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak etmək üçün Türkiyəyə səfər edib.
Qeyd edək ki, Türkiyədə 21 dövlətin lideri və 50-dən çox ölkənin nümayəndəsinin iştirakı ilə Çanaqqala döyüşünün 100 illiyi qeyd olunur. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !