Gürcüstan Dağlıq Qarabağdakı “seçkiləri” tanımır

16:17 | 04.05.2015
Gürcüstan Dağlıq Qarabağdakı “seçkiləri” tanımır

Gürcüstan Dağlıq Qarabağdakı “seçkiləri” tanımır

Rəsmi Tiflis qondarma "Dağlıq Qarabağ Respublikası”nda mayın 3-də keçirilmiş "parlament seçkilərinin” konstitusion və normativ çərçivələrini tanımaq niyyətində deyil. 

Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bununla bağlı Gürcüstan XİN xüsusi bəyanat yayıb. Sənəddə deyilir ki, Dağlıq Qarabağda qondarma "patlament seçkiləri” legitim deyil. 

Bəyanata əsasən, Azərbaycanın işğal olunmuş torpaqlarında "parlament seçkilərinin” keçirilməsi beynəlxalq hüququn ciddi pozulmasıdır.  

Gürcüstan XİN-i ümid edir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərini davam etdirəcəklər.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti