Hüseyn Cavid prospekti ilə Mətbuat prospekti arasında yerləşən yolda təmir işləri sürətləndirilib.
anspress.com-un məlumatına görə, ərazidə köhnə asfalt beton örtüyünün qaşınması işləri aparılır. Əraziyə yeni asfalt beton örtüyü vurulacaq.
Zəruri olan ərazilərdə səth suyunun normal axması üçün yağış-kanalizasıya sistemi yenidən qurulacaq. Yeni yağış barmaqlıqları yerləşdirilib və kommunikasiya quyularının baxış qapaqları dəyişdiriləcək.
"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun 3200 kvadrat metr hissəsinə əsaslı təmir işləri, 7800 kvadrat metrdə isə orta təmir işləri aparılır.
Yolun yaxın bir neçə gün ərzində istifadəyə verilməsi planlaşdırılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !