Sabah hava necə olacaq?

13:27 | 14.05.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Mayın 15-də Bakı və Abşeron yarımadasında buludlu  hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, sabah mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM