Neftin qiyməti yenidən ucuzlaşdı

08:46 | 18.05.2015
Neftin qiyməti yenidən ucuzlaşdı

Neftin qiyməti yenidən ucuzlaşdı

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0.32% yaxud 0,19 dollar ucuzlaşaraq 59,69 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,17% yaxud 0,11 dollar enərək 66,81 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 67 dollar/barel olacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM