ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "WTI” markalı neftin bir barrelinin qiyməti 0,44 faiz ucuzlaşaraq 59,43 (dünən 59,69$) dollar təşkil edib.
Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında isə "Brent” markalı neftin bir barrelinin qiyməti 0,81 faiz azalaraq 66,27 (dünən 66,81$) dollar olub.
Qeyd edək ki, Dünyanın aparıcı investisiya şirkətlərinin analitiklərinin proqnozuna görə, neft bazarında qiymət müharibəsi amerika-ərəb münasibətlərinin pozulması ilə yeni güc qazanır.
OPEC isə növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb.
"The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !