Sabaha olan hava proqnozu

19:00 | 19.05.2015
Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Mayın 20-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gecə və səhər arabir bir qədər güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-25 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi metereoloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında metereoloji amillərin zəif və mülayim tərəddüdü metereohəssas insanlar üçün əlverişlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM