Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var
Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
Mayın 24-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !