Türkiyənin milli valyutası bir lirə üçün 2,75 dollar həddinə çataraq tarixi minimumu təkrarladı.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İstanbul fond birjasının məlumatları təsdiqləyib.
Türk lirəsinin ucuzlaşmasını Türkiyədə bazar günü keçirilən Parlament seçkiləri ilə əlaqələndirirlər. Bu seçkilərdə Ədalət və İnkişaf Partiyası son 13 il ərzində ilk dəfə Parlamentdə malik olduğu çoxluğu itirib.
İlkin məlumata görə 100% bülletenlərdə aparılan hesablamalardan sonra Ədalət və İnkişaf Partiyası seçicilərin səsinin 40,8%-ni, Parlamentdə isə 256 yer qazanıb.
Sağ mərkəzi Xalq Demokratik Partiyası isə 25,2% və 133 yer, Milli Hərəkat Partiyası – 16,5% və 83 kürsü, kürd yönümlü Xalq Demokratik Partiyası isə 12,9% və 78 kürsü qazanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !