Rusiyalıların çoxu ABŞ, Avropa İttifaqı və Ukrayna haqqında neqativ fikirdədirlər, Belarus, Çin və Qazaxıstanı isə dost ölkə hesab edirlər.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, "Levada Mərkəz” tərəfindən Rusiya Federasiyasının 134 yaşayış məntəqəsində 22-25 may arasında aparılan bu sorğuda 1600 nəfər iştirak edib.
Nəticələrə müvafiq olaraq sorğuya cəlb edilənlərin 73%-i ABŞ-a pis münasibət bəsləyirlər. Bu ölkə haqqında müsbət fikri hər yeddinci adam (15%) bildirir, 12%-i isə cavab verməyə çətinlik çəkiblər.
Rusiyalıların Avropa İttifaqı və Ukrayna barəsində fikirləri eynidir: 59% mənfi düşünənlərə qarşı 26% müsbət düşünən insan olub. Müvafiq olaraq 16% və 14% adam bitərəf olub.
Rusiya və Almaniya münasibətlərini sorğuya cəlb edilənlərin 39%-i normal qiymətləndirirlər. Hər üçüncü (33%) bu münasibətlərdə soyuqluq, 12% gərginlik, 2% düşmənçilik hiss edir. 9% isə bu iki ölkə arasında yaxşı qarşılıqlı münasibətlərin olduğunu deyir.
Ruslar Belarus və Çinə ənənəvi olaraq xoş münasibətdədirlər: müvafiq olaraq 83% və 80% bu dövlətlər haqqında müsbət, 7% isə mənfi münasibətdədirlər.
Gürcüstana qarşı münasibətdə rusiyalılarda fikir ayrılığı yaranıb: 42% bu ölkəyə müsbət, 36% əksinə, mənfi fikirdədirlər. Sorğuya cəlb edilənlərin demək olar ki, dörddə biri (22%) cavab verməkdə çətinlik çəkiblər.
Rusiyaya dost olan beşliyə rusiyalıların fikrincə: Belarus (55%), Çin (43%), Qazaxıstan (41%), Hindistan və Ermənistan (18%). Analoji "antireytinqdə” liderlər – ABŞ (73%), Ukrayna (37%), Latviya, Litva (25%) və Polşa (22%).
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !