Jacob Lew deyib ki, Vaşinqton Ukraynanın kommersiya borclarının restrukturizasiyası ideyasını da dəstəkləyir.
Bir müddət əvvəl də Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların böyük yeddiliyin sammitində "siyasi” yox "texniki” mərhələdə müzakirə olunduğunu demişdi.
Bu, o deməkdir ki, qərb dövlətləri yalnız sülh prosesi çətinliklə üzləşərsə, yeni sanksiyalar haqqında qərar verəcəklər.
Böyük Yeddiliyin sammitində Barak Obama və Angela Merkel birgə bəyanat yayaraq atəşkəs haqqında Minsk razılığı yerinə yetirilməyənə qədər Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmalı olduğunu bildiriblər.
Barak Obamanın sözlərinə görə, rus hərbi qüvvələri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa davam edərək hələ də ölkənin şərqindədir.
Rəsmi Moskva isə bu iddiaları rədd edərək, Ukrayna ərazisində rus hərbi qüvvələrinin olmadığını bildiririr.//bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !