Neftin qiyməti bahalaşdı

09:11 | 11.06.2015
Neftin qiyməti bahalaşdı

Neftin qiyməti bahalaşdı

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,65 dollar və ya 4,56% bahalaşaraq 60,79 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 3,97% yaxud 2,49 dollar irəliləyərək 65,20 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 70 dollar/barel olacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM