Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi baş verib.
ANN.Az "Qafqazinfo”ya istinadla xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə yeni təyinat olub.
Belə ki, Daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən polis polkovnik-leytenantı Əsgərov Nəzər sözügedən vəzifəyə təyinat alıb.
Buna qədər, o, BŞBPİ-də cinayət - axtarış şöbəsində işləyib.
Qeyd edək ki, bir müddət bundan öncə idarədə birinci müavin vəzifəsində işləyən Əlyəddin Səfərov Biləsuvar rayon polis şöbəsinə rəis təyin edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !