Depardyeyə Ukraynaya giriş qadağan edildi

11:35 | 29.07.2015
Depardyeyə Ukraynaya giriş qadağan edildi

Depardyeyə Ukraynaya giriş qadağan edildi

Bir neçə il yüksək vergilərdən qaçaraq Rusiya vətəndaşı olan fransız aktyor Jerar Depardyeyə qadağa qoyuldu.

 ANS PRESS-in məlumatına görə, o 5 il ərzində Ukraynaya gedə bilməyəcək. 
Bu qadağanı Ukrayna Təhlükəsizlik Xidməti tədbiq edib. 

Qurumun yaydığı məlumatda belə deyilir: "23.07.2015 ildə Fransa və Rusiya Federasiyası vətəndaşı olan Jerar Depardyeyə qarşı Ukraynaya giriş qadağası tədbiq edilib. Bu ölkənin təhlükəsizliyinin qorunması məqsədilə edilib. Hazırda materiallar Dövlət Sərhəd Xidmətində hazırlanır". 

Qeyd edək ki, J.Depardye daxil olmaqla daha 566 sənət adamı - aktyor, musiqiçi Ukrayna mədəniyyət nazirliyinin "qara siyahısına" düşüblər. Onlar ölkə təhlükəsizliyinə təhlükə törətdiyi qeyd edilir. 

Mədəniyyət naziri Vyaçeslav Kirilenko dünya şöhrətli artistlərə qarşı rəsmi Kiyev tərəfindən sanksiya tədbiqinin mümkünlüyünü etiraf edib. 
O, hələlik Depardyenin iştirak ilə olan filmlərə hər hansı qadağa olunmadığını deyib. "Sanksiya olsa belə bu olmayacaq". 

Xatırladaq ki, Depardye Fransa vətəndaşlığından 2012-ci ildə imtina edib. Ötən ilin avqust ayında o Rusiyanı və "onun bir hissəsi olan Ukraynanı" sevdiyini demişdi. Bu isə Kiyevin sərt reaksiyasına səbəb olub. 
Fransız aktyor Rusiya vətəndaşı olması ilə fəxr etdiyini tez-tez dilə gətirir. O, hətta Rusiya üçün canını verməyə belə hazırdır. 

Fransanın məşhur aktyoru ötən il Rusiya tərəfindən ihlaq edilən Krımda üzüb bağı da alıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM