​Azərbaycan nefti ucuzlaşıb

10:59 | 12.08.2015
​Azərbaycan nefti ucuzlaşıb

​Azərbaycan nefti ucuzlaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,68 dollar yaxud 1,33% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,40 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,32, dünən isə 51,08 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM