Abşeron Magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq.
Bu barədə Oxu.Az-a "Azəriqaz” İB-dən bildirilib.
Qurumun məlumatına görə, avqustun 21-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Böyükşor” və "Sabunçu ümumi” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Qeyd edək ki, təmir müddətində aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !