Yunanıstanın baş naziri Aleksis Tsipras istefaya getdiyini və ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini bəyan edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Konstitusiyaya uyğun olaraq seçkilərin sonunadək hökumətə Yunanıstan Ali məhkəməsinin sədri Vasilika Tanu-Xristofilu başçılıq edəcək.
"Parlament seçkilərində yunan xalqı bundan sonra kimin ölkəni irəli aparacığını müəyyən etməlidir”, deyə A.Tsipras xalqa müraciətində bildirib.
Parlament seçkilərinin sentyabrın 20-də keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, Aleksis Tsipras solçu SİRİZA Koalisiyasının 25 yanvar 2015-ci ildə keçirilmiş parlament seçkilərindəki qələbəsindən sonra baş nazir postunu tutmuşdu.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !