Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
ANN.Az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, bu çərçivədə axşam saat 22:00-dan səhər saatlarınadək Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişmələrində yerləşən yol ötürücülərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində körpülərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Həmin istiqamətdə nəqliyyat vasitələri hərəkətlərinə yol ötürücülərinə daxil olmadan yan yollarla rahat və maneəsiz şəkildə davam edə biləcəklər. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !