Sentyabrın 17-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,39% ucuzlaşaraq 16 674,74 bənd, S&P 500 0,26% azalaraq 1 995,20 bənd, Nasdaq isə 0,10% yüksələrək 4 893,95 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,68% ucuzlaşaraq 6 186,99 bənd, Fransa CAC-40-ı 0,20% yüksələrək 4 655,14 bənd, Almaniya DAX-ı isə 0,02% bahalaşaraq 10 229,58 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,90% bahalaşaraq 1 127,10 dollar təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1397 (-0,33%) təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !