Tiflisin sabiq meri yenidən həbs edilib.
ANS PRESS-in məlumatına görə, sabiq mer Qiqi Uqulava 2 milyon dollar məbləğində büdcə vəsaitinin qanunsuz yollarla xərcləməkdə günahlandırılır. Tiflis şəhər məhkəməsi onu 4 il 5 ay müddətində azadlıqdan məhrum edib.
Bildirilir ki, 2009-2010-cu illərdə hakimiyyətdə olan "Vahid milli hərəkət" partiyasının üzvüləri sabiq mer tərəfindən maliyyələşdirilib.
Həmçinin Uqulava saxta iş yerləri yaratmaqda da günahlandırılır.
Məhkəmə iclasında mer özü iştirak etməyib. Qərara etiraz edən Uqulava və tərəfdarları şəhər məhkəməsinin həyətində çıxarılan hökümə qarşı bəyanatlar səsləndiriblər.
Uqlava 2014-cu ilin iyulunda Tiflis məhkəməsinin qərarı ilə 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Amma həbs müddəti bitdikdən sonra sabiq mer daha bir neçə ittiham üzrə günahladırldığı üçün azadlığa çıxa bilmədi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !