Qızıl bahalaşdı

10:48 | 07.10.2015
Qızıl bahalaşdı

Qızıl bahalaşdı

 Oktyabrın 6-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,08% bahalaşaraq 16 790,19 bənd, S&P 500 0,36% azalaraq 1 979,92 bənd, Nasdaq isə 0,69% azalaraq 4 748,36 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,43% bahalaşaraq 6 326,16 bənd, Fransa CAC-40-ı 0,95% artaraq 4 660,64 bənd, Almaniya DAX-ı isə 0,90 % bahalaşaraq 9 902,83 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,40 dollar yaxud 0,12% bahalaşaraq 1 147,80 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1274 (+0,02%) təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM