Növbəti ildə.
2016-ci ildə neft bazarı daha tənzimlənmiş vəziyyətə gələcək.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri OPEK-in baş katibi Abdulla əl-Bədri Küveytdə təşkil olunan neft-qaz konfransında bildirib.
O hesab edir ki, tələbat və təklifin arasında qırılma artıq növbəti ilin III rübündə yox olacaq:
"Hazırda OPEK xaricindəki ölkələr hasilatı azaldır, bu halda "qara qızıla” tələbat artmağa başlayır. Məhz bu dinamika stabilləşmənin əsas amili olacaq”.
Bundan başqa, o qeyd edib ki, neftin aşağı qiymətlərinə görə, bir çox şirkətlər investisiyalarını 20%-ə qədər azaldıb:
"Bu gələcəkdə bazarda təklifin azalmasına gətirib çıxara bilər” - deyə, baş katib qeyd edib.
OPEK-in baş katibinin fikirincə, 2040-cı ilə qədər tələbat gündəlik 110 milyon barelə qədər artacaq.
Qeyd edək ki, oktyabrın 21-də Vyanada iri neft şirkətlərinin iştirakı ilə konfrans keçiriləcək. Bu konfransda neft bazarının hazırki vəziyyəti müzakirə ediləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !