Oktyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 1,28% bahalaşaraq 17 141,75 bənd, S&P 500 1,49% artaraq 2 023,86 bənd, Nasdaq isə 1,82% irəliləyərək 4 870,10 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,10% bahalaşaraq 6 338,67 bənd, Fransa CAC-40-ı 1,44% irəliləyərək 4 675,29 bənd, Almaniya DAX-ı isə 1,50% artaraq 10 064,80 bəndə yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,37% ucuzlaşaraq 1 179,40 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1380 (-0,91%) təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !