Türkiyədə 1 noyabr növbədənkənar parlament seçkilərindən sonra qalib gələn və təkbaşına hökumət qurmaq hüququ əldə edən AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu artıq istirahətini başa çatdırıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabahdan etibarən Baş nazir işə başlayacaq.
Ə.Davudoğlu yeni hökumətin rəhbəri kimi ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edəcək və ardından Azərbaycana gələcək. Azərbaycandan sonra Davudoğlu İraqa gedəcək. Bununla da o, keçmiş baş nazir Rəcəb Tayyib Ərdoğanın qoyduğu ənənəyə sadiq qalacaq.
Xatırladaq ki, Ə.Davudoğlu sonuncu dəfə ötən ilin sentyabrında Azərbaycana rəsmi səfərə gəlmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !