Azərbaycanda internetin fasiləsiz təminatında problem baş verib. İnternet-provayderlərin və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda şəbəkədə fasilələr də yaranıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən əsas internet provayderi "Delta Telecom" şirkətinin şəbəkəsində problemlər baş verdiyindən bütün ölkə ərazisində də internetin yayımında fasilə yaranıb.
"Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Delta Telecom" şirkətinin əməkdaşları baş vermiş problemin aradan qaldırılması və səbəblərinin aydınlaşması ilə əlaqədar araşdırma aparılır", - deyə RYTN-dən bildirilib.
*****
Bu gün Azərbaycanda internetlə təchizatında problemlər yaranıb.
Oxu.Az xəbər verir ki, saat 16:05 etibarən bütün ölkədə internet kəsilib. Belə ki, vətəndaşlar kompyuterdən istifadə zamanı internetdən istifadə edə bilməyiblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !