Yeni marşrut üzrə aviabiletin qiyməti hələ məlum deyil
"Azərbaycan Hava Yolları" (AZAL) QSC yaxın vaxtlarda Bakı-Perm-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Sözügedən istiqamətdə aviareyslərə gələn il mayın 20-də start veriləcək və uçuşlar oktyabrın 29-dək davam edəcək.
"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Bakı-Perm reysləri sərnişin tutumu 94-106 nəfər olan "Embraer-190" tipli təyyarələrlə həyata keçiriləcək.
Bu marşrut üzrə aviabilet satışına başlanılmadığı üçün, qiyməti hələ məlum deyil.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !