Noyabrın 23-də Krım əhalisinin üçdə ikisi hələ də işıqsız qalıb. Səbəb yarımadanın şimalında, Ukraynanın Xerson regionunda 4 elektrik ötürücü qülləsinin partlamasıdır.
Bölgədə fövqəladə vəziyyətdir. Simferopol, Yalta, Saki şəhərlərinə qaz generatorları elektrik ötürür.
Moskva ötən ilin martın Krımı anneksiya etsə də, Ukrayna hakimiyyəti yarımadaya elektrik enerjisi verirdi.
Elektrik Xerson regionundan 4 ötürücü vasitəsilə verilirdi.
Məlumatlara görə, Krım tatarları fəalları mühəndislərin təmir işləri aparmaq üçün əraziyə yaxınlaşmasına mane olur. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !