Kreml Türkiyəyə qarşı sərt tədbirlər hazırlayır

14:30 | 25.11.2015
Kreml Türkiyəyə qarşı sərt tədbirlər hazırlayır

Kreml Türkiyəyə qarşı sərt tədbirlər hazırlayır

Su-24 təyyarəsi ilə bağlı insidentə görə Rusiya Türkiyə ilə birgə biznes layihələrin icrasını dayandırmağa və hərbi əməkdaşlıqdan imtina etməyə hazırdır.

Modern.az bildirir ki, bu haqda "Kommersant” qəzeti dövlət strukturlarındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Prezident Administrasiyasındakı həmin şəxs bəyan edib ki, Ankaraya qarşı qərar sərt olacaq və Rusiya-Türkiyə münasibətlərinə çox sahədə ciddi təsir göstərəcək. Onun sözlərinə görə, "Qazprom” da "Türk axını” qaz kəməri layihəsinin reallaşdırılmasının davam etdirilib-etdirilməməsinin məqsədəuyğun olub-olmadığını dəyərləndirəcək.

Bundan əlavə, iki ölkə arasındakı nəhəng energetika layihəsi – "Rosatom”un Türkiyədə Atom Elektrik Stansiyasını tikməsindən də imtina edilə bilər. Bu layihənin dəyəri 22 milyard dollardır.

"Kommersant” qeyd edir ki, Türkiyə də bunun qarşılığında Rusiya gəmilərinin Bosfor və Dardanel boğazlarından keçidini məhdudlaşdıra bilər. Bu da Suriyada Hmeymim aviasiya bazasının təchizat üçün problemin ortaya çıxması deməkdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM