İsveçrə küçələrində sürücüsüz avtobuslar işləyəcək

20:43 | 25.11.2015
İsveçrə küçələrində sürücüsüz avtobuslar işləyəcək

İsveçrə küçələrində sürücüsüz avtobuslar işləyəcək

Gələn ilin yazında İsveçrə küçələrində sürücüsüz avtomobillər hərəkət edəcək.
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «euromag.ru» saytına istinadən yazır ki, 9 nəfərlik tutuma malik 2 ədəd avtonom mikroavtobus Syon şəhərinin turizm zonasında hərəkət edəcək. Belə nəqliyyat növünün sınaqdan keçirilməsi ölkənin ictimai nəqliyyat sisteminin yenidən qiymətləndirilməsində mühüm rol oynayacaq.
 
«PostBus» adlanan sürücüsüz avtobusları yeni «BestMile» şirkəti hazırlayır. Sınaq müddəti 2 il davam edəcək və avtonom avtobusların əhəmiyyətini nümayiş etdirəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM