Dollar yenidən ucuzlaşdı - Məzənnə

09:41 | 14.12.2015
Dollar yenidən ucuzlaşdı - Məzənnə

Dollar yenidən ucuzlaşdı - Məzənnə

Bu gün dekabrın 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 14-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 11-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0494 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0023 manat və ya 0,20% bahalaşaraq 1,1501 manata yüksəlib.
 
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0003 manat və ya 1,97% azalaraq 0,0149 manat səviyyəsində qərarlaşıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM