Dekabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 2,10% ucuzlaşaraq 17 128,55 bənd, S&P 500 1,78% geriləyərək 2 005,55 bənd, Nasdaq isə 1,59% azalaraq 4923,08 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,82% ucuzlaşaraq 6 052,42 bənd, Fransa CAC-40-ı 1,12% azalaraq 4 625,26 bənd, Almaniya DAX-ı isə 1,21% geriləyərək 10 608,19 bənd olub.
Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 12,2 dollar yaxud 1,16% bahalaşaraq 1 065,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0868 (+0,18%) təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !