İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşdü

14:00 | 22.01.2016
İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşdü

İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində görüşüb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.

Məlumata görə, görüşdə tərəflər mehriban qonşuluq münasibətlərinin inkişafı və strateji əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər, həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə dərinləşdirilməsi istəklərini dilə gətirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM