Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının keçiriləcəyi yer dəyişdirilib.
Türkiyənin Azərbaycandakı səfirliyindən Report-a verilən məlumata görə, Gəncədə keçirilməsi nəzərdə tutulan görüş Bakıda olacaq.
Dəyişikliyə Gəncədəki güclü duman səbəb olub.
"Əvvəlcədən xəbər verildiyi kimi, iclasda iştirak etmək üçün fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək”, - səfirlikdən bildirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !