Azərbaycan prezidenti İlham Əliyev martın 7-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.
APA-nın xəbərinə görə, Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Mixeil Canelidze iki ölkənin müvafiq qurumları tərəfindən birgə işlərin və həyata keçirilən bütün layihələrin fəal şəkildə davam etdirildiyini deyib.
Ölkələrimizin xarici işlər nazirlərinin əlaqələrinin mütəmadi xarakter daşıdığını deyən prezident İlham Əliyev Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın önəmini qeyd edib. Azərbaycan ilə Gürcüstan arasında bir sıra məsələlərin uğurla həll edildiyini və ölkələrimizin bir-birinə daha da yaxınlaşdığını bildirən dövlət başçısı özünün Gürcüstana ötənilki uğurlu rəsmi səfərini xatırlayıb. Əməkdaşlığıın fəal şəkildə davam etdirildiyini vurğulayan prezident İlham Əliyev əlaqələrin siyasi, iqtisadi, energetika, humanitar sahələrdə və eləcə də çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Dövlət Mixeil Canelidzenin Azərbaycana səfərinin ölkələrimiz arasında bu il üçün birgə tədbirlərin proqramının nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !