Neftin son qiymətləri

09:01 | 03.08.2016
Neftin son qiymətləri

Neftin son qiymətləri

Dünya bazarlarında neftin qiyməti cüzi bahalaşıb.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,31% bahalaşaraq bir barelə görə 41,93 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46% artaraq 39,69 dollar təşkil edib.

Qeyd edək ki, Brent markalı neftin qiyməti bu il özünün ən yüksək həddinə cari ilin iyun ayının sonunda çatıb, 52 dollar 86 sent.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti