Polşa kinosunun klassiki Ancey Vayda 90 yaşında vəfat edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, rejissorun ölümü ağciyər çatmazlığı səbəbindən baş verib.
Ancey Vayda Polşa kinematoqrafiya məktəbinin banisi və aparıcı nümayəndəsi hesab olunub.
1981-ci ildə onun "Dəmir adam" filmi Kann kinofestivalında "Qızıl palma budağı" alan ilk Polşa kinosu olub. Bu film, həmçinin "Oskar"a da namizəd olub.
A.Vayda ümumilikdə dünya kinematoqrafiyasındakı xidmətlərinə görə, müxtəlif kinofestivallarının fəxri mükafatlarının sahibi olub: Venesiya festivalında "Qızıl şir" (1998), "Oskar" (2000), Berlin kinofestivalında fəxri "Qızıl ayı" (2006).
Uzunmüddətli karyerası ərzində o, həmçinin ictimaiyyət və tənqidçilər arasında məşhur olan "Vəd olunmuş torpaqlar" və Polşanın keçmiş prezidenti Lex Valensa haqqında bioqrafik film çəkib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !